İrsən keçən NUR
Hər bir övladın ilk kumiri, ilk idealı heç şübhəsiz onun atasıdır və hər bir övladda atasına bənzəməyi, atasının yolunu davam etdirməyi arzuladığı dövr olur. Bir çoxlarında bu hiss keçici bir hiss olur, yaş ötdükcə bu fikirdən daşınır, öz arzularını gerçəkləşdirməyə can atır. Amma təbii ki istisnalar da var. O istisnalara daxil olan insanlar atalarının peşələrinə bir növ aşiq olurlar və heç vaxt eşqlərinə, əhdi-peymanlarına naxələf çıxmır, ona xəyanət etmirlər. Bu isə bir ata üçün ən böyük qürurlardan biridir.
Azərbaycanda xeyli məşhur Ata-oğul olan kolleqa olub. Bu gün isə onlardan biri Paşa Qəlbinurun övladı, Tural Qəlbinur haqqda danışacağam. Atası barəsində soruşanda ilk sözü o oldu ki, həyatda mənə dürüstlüyü öyrətdi atam. Atamın bir çox uğurlu işləri olub, amma bizə verdiyi tərbiyyə, əxlaq ən yüksəyidir. İşimizdə peşəkar, uğurlu ailə sahib, mənəviyyatlı, iradəli və ən əsası yalan arzularla yalan vədlərdən uzaq durmağı öyrətdi.
Bəlkədə Tural Qəlbinurun taleyinə yazılıb oftalmoloqların əhatəsində olmaq, təsadüfi deyil ki Tural bəyin atası, bibisi, bacıları hətta həyat yoldaşı belə oftalmoloqdur. Tural doktorun dediklərindən:
- Bilirsiniz həkim olmaq necə çətin və şərəfli bir peşədir. Sənə üz tutanların çoxu sənə tərəf öz dərdi ilə gəlir. Onları düzgün maarifləndirmək, müalicəsini qurmaq və şəfasına qovuşmaq üçün əlimizdən gələni edirik. İnsanın ən yaxın doğmaları eyni peşə sahibləridirsə bu mühitdə peşəkrlıq bir kredoya çevrilir. Atam, bacım bu sahədə ilkin mənimlə olanlardır. Taleyin qismətinə bax ki, canım həyatyoldaşımlada eyni peşə sahibləriyik. Aradabir mənə elə gəlirki, Qəlbinur həkim sülaləsi yaranır. (Burda gülümsəyir).
Tural Qəlbinur cəmi 13 yaşı olarkən 6-cı sinifdə oxumalı olduğu halda "ekstern" yolu Azərbaycan Tibb Üniversitetinə daxil olmuş, 23 yaşında Tibb elmləri namizədi, 34 yaşında isə tibb elmləri doktoru elmi dərəcəsini almışdır. Bu barədə də doktorun maraqlı açıqlaması var:
- Genetik cəhətdən insanlara şəfa vermək mənim ən nöyük arzum olub. Çox maraqlısı budur ki, insanları mən dürüst, düzgün və xeyirxah görmək istəyirəm. Bilirsiniz özüdə kimləri? Kimlərə ki, şəfa vermişəm. Yəni Allah tərəfindən verilən sağlamlığı bərpa etməyə kömək etmişəm. Müxtəlif sahələrdə kitab oxuyarkən zənginləşirdim amma tibb elminə xüsusi marağım və istəyim olub. Bəzən ekstrasenslik edib öz sahəmə uyğun olmayan tibbi məsələləridə araşdırmışam. İndi tanıdığınız peşəkar Tural Qəlbinur bilirsiz nə qədər çətin yollar keçib? Oxumaq, təhlil etmək, tətbiq etmək və ən əsası o çətin tibbi terminləri yadda saxlamaqdır. Tibbin ən yüksək nöqtəsi cərrahiyədir. Xüsusi olaraqda göz cərrahı çox böyük bir sahədir. Burda görülən iş dəqiq və qüdursuz olmalıdır. Göz cərrahı pasiyentinə yalan vəd verməməlidir. Deyir, insanın gözü insanın qəlbidir (gülümsəyir). Deməli biz gözlə bərabər qəlbində müalicə edirik. Mən özüm biraz romantikəm. Təbiəti, heyvanları sevirəm. Amma seçdiyim peşə isə dəqiq elmdir. Romantik cərrah olmaqda xüsusi bir bacarıqdır. Çoxlu səyahət etmişəm, bir çox dövlətlərdə olmuşam, bir çoxlarında yaşamışam. Amma doğma Azərbaycan üçün hər zaman darıxıb ora qayıtmaq istəmişəm. Bax atam belə sevgiləri bizə aşılayıb.
Yer üzündə Tanrının canlılara, insanlara verdiyi ən böyük nemət nurdur, görməkdir, Tural bəy minlərlə insana bu sevinci bəxş edib. Tural bəyin peşəkarlığı nəticədə hər iki gözünü itirən ANAMA əməkdaşı Elməddin Mirzəyev görmə qabiliyyətini bərpa edib. Bu barədə də Tural bəyin xüsusi açıqlaması oldu:
- Dövlətimizin və millətimizin qulluğunda duran hər bir şəxs mənim üçün əzizdir. Şəhidlər və qazilər gözümdə ən uca zirvədədirlər. Bir cərrah kimi çalışmışam ki, onla üçün əlimdən gələni edim. Döyüşçüləri hərb meydanına və cəmiyyətə məhz cərrahlar qaytarır. Liderimizin dediyi bir söz lap ürəyimcədir. Qarabağ Azərbaycandır!
Tural bəy həmdə dünya rekordçusudur. Yox-yox o idmançı deyil öz sahəsi üzrə rekordçudur. O 19 yaşında "göz xəstəlikləri" ixtisasına başlayan ən gənc həkimdir. O həmdə öz üzərində dayanmadan çalışan biridir. Bunun bariz nümunəsi kimi Tural Qəlbinurun ATU-dan sonra Türkiyə, İsrail və Kanadada təhsilini davam etdirməsini göstərmək olar.
Tural bəyə bu çətin və şərəfli peşəsində uğurlar arzu edir, nailiyyətlərinə baxıb sevinməyi bizə qismət etməsi üçün uca yaradana dualar edir, görmə qabiliyyətini itirənlərə şəfa niyaz etməsini ümid edirik.
Oxunub: 162