"Kulinariyanın öyrədilməsi" təlimləri Sumqayıt şəhəri , Fun World əyləncə mərkəzində keçirildi.





Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası İB-nin təşkilatçılığı  Fiziki məhdudiyyətli şəxslərə idman motivasiyasının artırılması adlı layihənin, "Kulinariyanın öyrədilməsi" təlimləri Sumqayıt şəhəri , Fun World əyləncə mərkəzində keçirildi.  
Layihədə 25 nəfərdən çox həssas qrupdan olan şəxslər iştirak etdilər.  Onlara 2 təlimçi master şeflər xəmir açmaq, pizza bişirmək qaydaların öyrətdilər.  Doğurdanda uşaqlar özləri xəmir açıb, pizzanı bəzəyib, fırına göndərdi, hər kəsin öz pizzasına adı yazılıb bişirildi, sonra isə qiymətləndirmək üçün matser şef təlimçiləri hər kəsin hazırladığı pizzaya baxıb qiymət verdilər.  Çox dadlı və ləzzətli hazırlamışdı hər bir uşaq.  Uşaqlar bu təlimdən çox böyuk həzz aldılar.  Sonda Fun World əyləncə mərkəzinin rəhbərliyi uşaqlar üçün surpiriz şən klonlar gətirib,  uşaqlara əyləncəli xoş anlar yaşatdılar, eyni zamanda uşaqlar əyləncə mərkəzində atraksionlardan da istifadə edib əyləndilər.  
Əməyi keçən hər kəsə təşəkkür edirəm.  
Videooperator Əli XilƏli 
Fotoqraf Gunel Eli 

Oxunub: 98
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az