Şamaxıda keçirilmiş fənn olimpiadasının yarımfinal mərhələsinin qalibləri məlum olmuşdur.







Şamaxıda keçirilmiş fənn olimpiadasının yarımfinal mərhələsinin qalibləri məlum olmuşdur.
Şamaxı rayonunda keçirilmiş respublika fənn olimpiadasının yarımfinal mərhələsində rayon məktəblərini təmsil edən 52 nəfər şagird iştirak etmişdir. Yarımfinal mərhələsi Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, bialogiya və coğrafiya fənləri üzrə keçirilmişdir. Olimpiadada şəhər 9 saylı tam orta məktəbin IX sinif şagirdi Məmmədov Namiq Emin oğlu Azərbaycan dili və ədəbiyyat, şəhər 10 saylı tam orta məktəbin X sinif şagirdi Usubalıyev İmadi Hafiz oğlu kimya və Göylər 1 saylı tam orta məktəbin IX sinif şagirdi Həmzəliyeva Sevinc Şahmar qızı kimya fənləri üzrə yüksək nəticə əldə edərək final mərhələsində iştirak etmək hüququ qazanmışlar.
Olimpiadanın final mərhələsində iştirak edəcək şagirdlərlə görüşən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tamam xanım Cəfərova və rayon təhsil şöbəsinin müdiri Məsud Babayev qalibləri təbrik edərək onlara uğurlar arzulamışlar.

Oxunub: 397
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az