Rədd olsun papaq!




Rədd olsun papaq! 
      Deyilənə görə görkəmli Azərbaycan jurnalisti, ictimai xadimi və yazıçısı Ruhulla Axundov papaq taxan insanları sərt şəkildə tənqid edirmiş. Papağın əlehinə olan yazıçı - jurnalist "rədd olsun papaq" şüarını ictimailəşdirməklə, bu geyim növündən istifadə edən insanları özünün də iştirak etdiyi rəsmi tədbirlərə buraxmır, onlardan papağı başlarından çıxarmağı tələb edirmiş. 
      Qeyd edək ki, Ruhulla Axundov (1897 - 1937) Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayan ilk azərbaycanlı alimlərdən biri olub. O, həm də latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri idi. Həmçinin Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib. O, Azərbaycan SSR-nin Xalq artisti Nəcibə Məlikovanın dayısıdır.
     Ruhulla Axundov 1937 - ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir.

Məcid Rəşadətoğlu.

Oxunub: 78
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az