Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda regional mərkəzinin açılış mərasimi keçirilib.



Beynəlxalq Cüdo Federasiyası (İJF) Akademiyasının Azərbaycanda regional mərkəzinin açılış mərasimi keçirilib. Azərbaycan Cüdo Federasiyasının inzibati binasında təşkil olunan mərasimdə idman ictimaiyyətinin nümayəndələri, idmançılar, hakimlər, məşqçilər, Olimpiya və dünya çempionları, eləcə də Türkiyənin cüdo üzrə mütəxəssisləri və idmançıları iştirak ediblər.
Tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Rəşad Rəsullu, Beynəlxalq Cüdo Federasiyasının Akademiyasının direktoru Envin Qalia, gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər. Tədbirdə Rio Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucova da ekspert statusu verilib.
Sonda Azərbaycan Cüdo Akademiyasının məşqçilərinə sertifikatlar təqdim olunub.

Oxunub: 88
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az