Sabunçu Gənclər Evində abituriyent və onların valideynləri ilə görüş keçirib.




15 avqust 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi Gənclər və İdman Nazirliyi ilə birgə abituriyentlərin ixtisas seçiminə dəstək göstərmək məqsədilə Sabunçu Gənclər Evində abituriyent və onların valideynləri ilə görüş keçirib.
Dövlət İmtahan Mərkəzinin Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin əməkdaşı Nərmin Xəlilova görüşdə abituriyentlərin peşə seçiminin xüsusiyyətləri, ona təsir göstərən faktorlar, düzgün peşə seçiminə dair tövsiyələr mövzusunda təqdimatla çıxış edib. Həmçinin çıxış müddətində düzgün peşə seçiminin rolu, peşə seçimində dəstək növləri (maarifləndirmə, diaqnostika, konsultasiya), valideynlərin peşə seçiminə müdaxilə dərəcələri və s. haqqında məlumat verilib.
Daha sonra Dövlət İmtahan Mərkəzinin Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə cari il üçün hər bir ixtisas qrupu üzrə müsabiqə vəziyyəti, statistik göstəricilər əsasında müəyyən təhlillər, ixtisas seçimi ilə əlaqədar vacib məqamlar, müsabiqə şərtləri və s. haqqında iştirakçılara ətraflı məlumat verib.
Tədbirdə 40-a yaxın abituriyent və onların valideynləri iştirak edib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.
Xatırladaq ki, abituriyentlərlə növbəti görüş 16 avqust saat 11:00-da Suraxanı Gənclər Evində keçiriləcək.

Oxunub: 81
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az