Tərtər polisi şəhid ailələrini və qazini ziyarət edib.






Tərtər polisi şəhid ailələrini və qazini ziyarət edib
Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Novruz bayramı münasibəti ilə Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların ailə üzvlərini və qazini ziyarət ediblər. Onların bayramını tədbrik edib, gətirdikləri sovqatları təqdim ediblər. Şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, polis əməkdaşları qazimizin səhhəti ilə maraqlanıblar.
Görüşlər zamanı RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov qeyd edib ki, şəhidlərimizin xatirəsi hər kəs üçün hər zaman əzizdir. Şəhidlik zirvəsinə ucalan qəhrəmanların keçdikləri şərəfli ömür yolu gələcək nəsillər üçün örnəkdir. Vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini və adını uca tutmaq, onların doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Görüşlərdə şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Oxunub: 267
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az