
Natiq Əliyev belə nazir olub
1. Həm sağlığında, həm də dünyasını dəyişdikdən sonra ünvanına bircə kəlmə belə pis söz deyilmədi
2. Şəhid ailəsi ilə kobud danışan idarə rəisini təcili iclasa çağırmış, hər kəsin qarşısında onu məcbur etmişdi ki, şəhid ailəsindən üzr istəsin və ardınca da idarə rəisini işdən çıxararaq fəhlə etmişdi
3. Faciəvi şəkildə rəhmətə gedən neftçi fəhlənin ölümündən sonra ağır sarsıntı keçirmişdi, bir neçə gün danışmadı və həkim nəzarəti altında qaldı
4. Qarabağ döyüşçüsü olan neftçilərlə görüşəndə qalstukunu çıxarar, onların alnından öpərdi
5. Heç bir neftçini adı ilə çağırmazdı, bütün neftçilərə "qardaş" deyərdi
6. O, SOCAR prezidenti olanda ev növbəsində olan bütün neftçilər mənzillə təmin edilmişdi
7. Fəhlələr onu görəndə qaçıb gizlənmirdilər, çünki bilirdilər ki, Natiq müəllim gəlib onlarla görüşəcək, problemlərini dinləyəcək
8. Maddi durumu aşağı olan işçilərə növbəsiz yardımlar edib
9. Şəhid ailələrinə diqqəti çox olub
10. Heç vaxt heç kimlə problem yaşamayıb
11. Övladını əməliyyat etdirmək istəyən bir neftçi fəhlə buruqlarda ondan kömək istəyir, o da əlini cibinə salıb bütün pulunu verir, işə qayıdandan sonra bir dəfə də pul göndərir
12. Ən çox sevdiyi adamlar əlil uşaqlar idi
13. Nə özünün, nə ailə üzvlərinin adı heç vaxt rüşvətdə hallanmadı
14. İş zamanı rəhmətə gedın bütün neftçilırin ailə üzvlərini dərhal işlə təmin edirdi
15. Yeganə məmur idi ki, neftçilər fəhlə paltarında onun qəbuluna girirdilər
Allah Sənə rəhmət eləsin, Natiq müəllim!