Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
ATF.
Azərbaycan Milli Olimpiya komandası üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançıları və onların məşqçiləri təltif ediliblər. Onlar arasında taekvondoçumuz Maqomedov Qaşim Maqomed oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Paşayev Niyaməddin Vaqif oğlu və Abdullayev Məmməd Kamil oğlu isə 3-cü dərəcəli “Əmək” ordeninə layiq görülüb.
Oxunub: 69