Şirvanın istedadlı gənci Ayxan İsmayılov
Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin 11-ci sinif məzunu Ayxan İsmayılov tam orta təhsil səviyyəsini xüsusi nailiyyətlərlə başa vurduğu üçün Elm və Təhsil Nazirliyi tərəfindən Qızıl nişanla və tam orta təhsil haqqında xüsusi nümunəli attestatla (qızılı attestat) təltif edilib. Bu gün oxuduğu Kimya-biologiya təmayüllü liseydə qızılı attestat və Qızıl nişan lisey rəhbərliyi tərəfindən Ayxana təqdim edilib. Qeyd edək ki, Ayxan İsmayılov 2023-cü ildə Respublila Fənn Olimpiadalarının respublika mərhələsinin final turunda biologiya fənni üzrə Bürünc, 2024-cü ildə isə Qızıl medal qazanıb. Həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən 9-cu siniflərin buraxılış imtahanında 300 baldan 291 bal, 11-ci siniflərin buraxılış imtahanında isə 300 baldan 294 bal toplayaraq şəhərimiz üzrə 1-ci yerə çıxmışdı. Ayxan İsmayılov bu il ali məktəblərə qəbul imtahanında da 667, 3 bal toplayaraq 4-cü qruplar üzrə ilk yerdədir. Ayxan Elm və Təhsil Nazirliyinin xüsusi istedadlı uşaqlar siyahısındadır. Dəfələrlə bilik yarışlarında müxtəlif diplom və sertifikatlarla təltif olunub.
Ayxan İsmayılov qazandığı nailiyyətlərlə hər zaman Şirvanın fəxridir.
Ayxana gələcək həyatında daha böyük uğurlar arzulayırıq
Oxunub: 237