Sosial Xidmətlər Agentliyi.







Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Nəsimi rayon sakini qazi Quluzadə Kamal Teyyub oğlunu ziyarət edib.
K.Quluzadə Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qatılıb. Azərbaycan torpaqlarının düşmən tapdağından azad olunmasında şücaətlər göstərib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzuli uğrunda” və “Xocavənd uğrunda” medalları ilə təltif olunub.
Müharibədə  göstərdiyi şücaətlərə görə qaziyə təşəkkür edilib.
V.Behbudov qazinin həyat şəraiti ilə maraqlanıb, ona  hüquqları barədə ətraflı məlumat verib. Sosial Xidmətlər Agentliyinin səlahiyyətləri daxilində qaziyə müvafiq dəstək işləri  görüləcəyini deyib.

Oxunub: 420
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az