Paris-2024: Uğurlar, Azərbaycan!



Paris-2024: Uğurlar, Azərbaycan!
Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarının startına cəmi bir həftə qaldı. Azərbaycan Oyunlarda 15 idman növü, 17 proqram üzrə 48 idmançı ilə təmsil olunacaq. İdmançılarımız Olimpiadaya yarış proqramına uyğun olaraq, ayrı-ayrı günlərdə yollanacaqlar. İyulun 17-də Gənclər və İdman Nazirliyi olimpiyaçılarımız üçün yolasalma mərasimi təşkil edib və tədbirdə idmançılarımızın Paris-2024 üçün geyim formaları da təqdim edilib.
Paris Azərbaycan Olimpiada tarixi üçün bir sıra ilklərlə də yadda qalacaq. Belə ki, 15 idman növündə təmsil olunmaq ölkəmiz üçün yeni rekorddur. Bundan başqa, batut gimnastikası və basketbol 3x3 idman növlərində ilk dəfə təmsil olunacağıq. Daha bir yenilik Olimpiya Oyunlarında ölkəmizin ilk dəfə qadın badmintonçu ilə də təmsil olunmasıdır.
Komandamızın 48 idmançıdan 28-i kişi, 20-si qadın idmançıdır. 38 nəfərin ilk, 7 nəfərin 2-ci, 2 nəfərin 3-cü və 1 nəfərin 5-ci Olimpiadasıdır. Ən gənc olimpiyaçımızın 19, ən təcrübəli idmançımızın isə 38 yaşı var. 
Azərbaycan idmançıları Olimpiya Oyunlarında mübarizəyə iyulun 25-də kamandan oxatanımız Yaylagül Ramazanovanın çıxışı ilə start verəcəklər. Olimpiadada son nöqtəni isə sərbəst güləşçilərimiz Hacı Əliyev və Maqomedxan Maqomedov qoyacaqlar.
İdmançılarımızın yarış proqramı ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: https://www.mys.gov.az/.../paris-2024-ugurlar-azerbaycan

Oxunub: 127
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az