İdmançılarımızı tanıyaq və tanıdaq!







İdmançılarımızı tanıyaq və tanıdaq!
Sərhəd İbrahimov - sərbəst güləşçi, Rusiya Federasiyasının idman ustası.
İbrahimov Sərhəd Şərəfəddin oğlu 26 aprel 1964-cü ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 1971-81-ci illərdə Göylər kənd orta məktəbində təhsil almışdır. Məktəb illərində Məhəmməd Şərifovun sərbəst güləş dərnəyində idmanın bu növü ilə məşğul olmağa başlamışdır. Məktəb illərində region və rayon səviyyəli müxtəlif turnirlərin qalibi və mükafatçısı olmuşdur. 
1981-ci ildə məşqçisi Məhəmməd Şərifovun dəstəyi ilə Xarkov şəhərinə yollanmış, burada həm Xarkov Tikinti Peşə Məktəbində təhsil almış, həm də idmanın sərbəst güləş növü ilə daha yaxından məşğul olmağa başlamışdır, burada onun məşqçisi 15 qat Ukrayna çempionu, Ukrayna SSR-in əməkdar məşqçisi Dunay Leonid Aleksandroviç olmuşdur. Sərhəd İbrahimov bu dövrdə Xarkov vilayətinində keçirilən müxtəlif turnirlərin mükafatçıları sırasında yer almışdır. O, 1982-ci ilin may ayında 48 kq çəki dərəcəsində Ukrayna SSR "Ehtiyat Əmək Qüvvələri" cəmiyyətinin çempionu olmuşdur. 1982-ci ildə ordu sıralarına xidmətə yollanan gənc Sərhəd 1983-cü ildə Belarusiya SSR-in Qrodnı şəhərində keçirilən SSRİ Silahlı Qüvvələrin çempionatında fəxri kürsünün 2-ci yerinə layiq görülmüşdür. 1984-cü ildə ordu sıralarından təxris olunan Sərhəd İbrahimov Xarkov şəhərinə qayıdır və sənədlərini Kiyev Bədən Tərbiyəsi və İdman İnstitutunun Xarkov filialına verərək müvəffəqiyyətlə institutunun qiyabi bölməsinə daxil olur, həmin ildə "Burovestnik" cəmiyyətinin Ukrayna çempionatında 52 kq çəki dərəcəsində fəxri kürsünün 2-ci pilləsinə layiq görülür.
1985-87 ci illərdə Şamaxı Uşaq Gənclər İdman Məktəbində məşqçi-müəllim vəzifəsində çalışmışdır. 
Müəyyən müddət üzürlü səbəblərdən idmandan uzaq qalan Sərhəd İbrahimov 1995-ci ildə Rusiya Federasiyasının Surqut şəhərində məskunlaşmış, burada yenidən həm sərbəst, həm də milli güləş (xant) üzrə məşqçi-müəllim kimi çalışmışdır. O, 2005-ci ildə ümumrusiya miqyaslı "Şimal və Uzaq Şərq Xalqları" kubokunun qalibi olmuşdur. 2006-cı ildə Tümen vilayətinin Neftuqansk şəhərində keçirilən ümumrusiya səviyyəli turnirin qalibi olaraq həm sərbəst, həm də milli güləş üzrə Rusiya Federasiyasının "İDMAN USTASI" adına layiq görülmüşdür. Hal hazırda Tümen vilayətinin Lyantor şəhərində yaşayır, "Surqutneftqaz" şirkətində çalışmaqla yanaşı  gənc nəsilə sərbəst və milli güləşin (xant güləşi) sirrlərini də öyrədir. Təqaüdə çıxdıqdan sonra doğma el-obasına dönüb bilik və bacarığını gənc nəsilə öyrətmək arzusundadır.
"Göylər və Göylərlilər" səhifəsi adından Göyləri kənarda ləyaqətlə təmsil edən Rusiya Federasiyasının idman ustası Sərhəd İbrahimova uzun ömür və can sağlığı arzulayırıq.
Hüquqlar qorunur, səhifədən kənar paylaşım və digər yayım vasitələrində #GöylərvəGöylərlilər səhifəsinə istinad zəruridir. 

 


Oxunub: 376
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az