
Şamaxı Rayon Mərkəzi Xəstəxanasında “ Anaflaksiyanın idarə olunması” mövzusunda təlim keçirilib.
Təlimdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasın direktoru İmran Qurbanov, şöbə və bölmə rəhbərləri, Ailə Sağlamlıq Mərkəzlərinin rəhbərləri, kənd həkim məntəqələrinin əməkdaşları, həkimlər, tibb bacıları iştirak ediblər.
“ Anaflaksiyanın idarə olunması” mövzusunda keçirilən təlimdə Anesteziologiya və Reanimasiya şöbəsinin müdiri Səməd Fətəliyev çıxış edərək, tibbi heyətə anafilaksiyanın tanınması, təcili müdaxilə bacarıqlarının artırılması, adrenalin avto-enjektorlarının (EpiPen) düzgün və təhlükəsiz istifadəsi, təcili yardım xidmətləri ilə effektiv əlaqə qurma və xəstənin həyatı üçün zəruri olan ilkin tədbirləri görmə, risklərin azaldılması və profilaktika mövzuları haqqında məlumatlar vermişdir.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd , iştirakçılara anafilaksiyanın tanınması, qarşısının alınması və təcili müdaxilə üsulları barədə məlumat verməkdir.
Oxunub: 159
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az