Parataekvondo üzrə Azərbaycan millisi Çxunçxon şəhərində keçirilən Cənubi Koreyanın açıq çempionatında 2 qızıl medal qazanıb.





Parataekvondo üzrə Azərbaycan millisi Çxunçxon şəhərində keçirilən Cənubi Koreyanın açıq çempionatında 2 qızıl medal qazanıb. 58 kq-da çıxış edən Sabir Zeynalov finalda özbəkistanlı rəqibinə də qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İmaməddin Xəlilov (70 kq) da çıxışını qızıl medalla başa vurub. Onun finaldakı meksikalı rəqibi zədələndiyi üçün dayanqa çıxmayıb və parataekvondoçumuz birinci yeri tutub.

ATF.

Oxunub: 116
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az