Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək.



Qusar Olimpiya İdman Kompleksində jurnalistlər arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş voleybol üzrə Zəfər Kuboku keçiriləcək. 
20-21 iyulda baş tutacaq yarış İdman Araşdırmalar Mərkəzi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, "Avrora Qrup"un baş sponsorluğu və Azərbaycan Voleybol Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. 
Zəfər Kubokuna hər birində 6 oyunçu olmaqla, ümumilikdə 6 komanda qatılacaq. Komandaların adları son iki ildə keçirilmiş analoji turnirlərdəki kimi, işğaldan azad olunmuş rayon və şəhərlərdən ibarət olacaq. Bütün oyunçular baş sponsor tərəfindən formalarla təmin olunacaqlar. 
Reqlamentə əsasən, 6 komanda hərəsində 3-ü olmaqla, A və B qruplarına bölünəcək. İyulun 20-də qrup oyunları keçiriləcək. Qruplarda ilk 2 yeri tutacaq komandalar ertəsi gün çarpaz üsulla yarımfinalda üz-üzə gələcəklər. Yarımfinal cütlərinin qalibləri finala, məğlublar isə 3-cü yer uğrunda görüşə çıxacaqlar. 
Komandalar Qusar Olimpiya İdman Kompleksinin kotteclərində qalacaq, bütün səfər və qidalanma xərcləri "Avrora Qrup"un hesabına ödəniləcək. 
İlk 3 yerin sahiblərinə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar, qalibə isə Zəfər Kuboku təqdim ediləcək.  
Qeyd edək ki, püşkatma mərasimi Bakıda gerçəkləşəcək.

Oxunub: 96
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az