Pozetiv olun......
KƏMALƏ ABDURAHMANOVA Ətrafınızdakı insanları doğru seçin. Sizə psixoloji yöndən yaxşı təsir edən insanlarla bərabər olmağa çalışın. Əksinə sizə pis təsir edən insanlardan mümkündürsə uzaq olun. Eləcə də bu mövzuda siz də kiməsə psixoloji təsir edə bilərsiniz. Bunun üçün ətrafınıza nəşə saçın, gördüyünüz qonşularınıza, dostlarınıza, iş yoldaşlarınıza ilk olaraq gülümsəyərək siz salam verin. İnanın ki, bu hərəkətiniz onlarda çox şeyi müsbətə dəyişə bilər. Bir çoxları yeməyinə diqqət etməyərək nə vaxt gəldi necə gəldi bəslənirlər. Unutmayaq ki, bir çox xəstəliklərin əsas səbəbi səhv qidalanmaqdan baş verir. Misal olaraq səhər yeməyi çox önəmlidir. Səhər yaxşı qidalananların yadda saxlama qabiliyyəti, öyrənmə qabiliyyəti səhər qidalanmayanlara nisbətdə çox öndədir. Əsas da səhər məktəbə gedən şagirdlərin səhər yeməyi vacibdir. Gündə ən az 25 -30 dəqiqə açıq havada gəzmək zehni açar, immun sisteminə də aktivlik qazandırar. Gəzərkən pozitiv düşünmək üçün ehtiyacınız olan addımları daha yaxşı planlaya bilərsiniz. Kəmalə xanım. KƏMALƏ ABDURAHMANOVA KƏMALƏ ABDURAHMANOVA KƏMALƏ ABDURAHMANOVA