30 ildən sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi.



30 ildən sonra Ağdama qayıdan Arif Babayev valideynlərinin məzarını tapa bilmədi.
Görkəmli xanəndə, Xalq artisti Arif Babayev 30 illik həsrətdən sonra doğma Ağdam torpağına ayaq basıb.
“Qafqazinfo” xəbər verir ki, 83 yaşlı Xalq artistinin ən böyük arzusunu Xəzər televiziyasının “Birinci studiya” verilişinin heyəti reallaşdırıb. 
Çəkiliş heyəti əvvəlcə sənətkarın ata yurdu olan Sarıhacılı kəndinə baş çəkib.
Xalq artisti doğma torpağını öpərək qovuşduğu günə şükür edib: “Allah şəhidlərimizə rəhmət eləsin. Biz onların qarşısında baş əyməliyik. Qan töküb torpaqlarımızı geri aldılar. Allah ordumuza can sağlığı versin!”
Görkəmli xanəndə kənd qəbiristanlığına gedərək valideynlərinin məzarını axtarsa da, məlum olub ki, qəbiristanlıqda salamat qalmış bir məzar belə qalmayıb. O, gətirdiyi qərənfilləri Qarabağda yatan və illərdir əzizlərini gözləyən bütün vəfat edənlərin adına qırılmış məzar daşlarının üzərinə düzüb.

Oxunub: 544
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az