Ağcabədidə “Sağlam həyat” günləri keçirilib.



Ağcabədidə “Sağlam həyat” günləri keçirilib.
Gənclər və İdman Nazirliyinini təşkilatçılığı ilə 21-22 iyun tarixlərdinə Ağcabədi rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında “Sağlam həyat” günləri təşkil edilmişdir. Layihə Ağcabədidə böyük marağa səbəb olub. Tədbirə müxtəlif yaş qruplarından olan iştirakçılar qoşularaq qaçış, yerindən uzunluğa tullanma, top atma, ağırlıqqaldırma, turnik, paralel qollar, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi (“jim” və “press”) normativlərini yerinə yetiriblər. Normativləri yerinə yetirən bütün iştirakçılara sertifikatlar təqdim olunub. 
  Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsədlər sağlam həyat tərzinin təbliğ edilməsi, əhalinin idmana olan marağının artırılması və eləcə də asudə vaxtlarının səmərəli təşkil edilməsidir.

Oxunub: 130
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az