Olimpiyaçımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı İzmirdə ke



Olimpiyaçımız Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı İzmirdə keçir.
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlığı davam etdirir. Olimpiadada 58 kq-da dayanq üzərinə çıxacaq lisenziyaçımız son beynəlxalq təlim-məşq toplanışını Türkiyənin İzmir şəhərində keçir. 
O, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi altında məşqlərə yığmamızın aparıcı üzvləri və Türkiyənin Olimpiya komandası ilə birgə qatılıb. İyunun 24-də başlayan hazırlıq iyulun 4-dək davam edəcək. 
Təlim-məşq toplanışı çərçivəsində sınaq döyüşlərini keçirilməsi də planlaşdırılır.

ATF.

Oxunub: 140
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az