Futbol haqqında məlumat.



Bu günədək, futbol tarixində yaşanmış maraqlı hadisəlridən iyirmisini seçib hazırladıq. SİA-nın hazırladığı futbol hadisələri belədir:

1.Futbol topunun adətən qara rəngdə olan beş guşəli və altı guşəli fiqurlarla bəzədilmiş forması, 1962-ci ildə NASA-nın kosmosda olan Telestar peykinin bənzəri olaraq düzəldildi.

2. Futbol hakimləri illər boyu əl dəsmalları gəzdirərək oyunu idarə etdilər. Fit ilk dəfə 1878-ci ildə istifadə edilmişd.

3. Futbol qapısının 1882-ci ilə qədər üst dirəyi yox idi. Top iki dirəyin arasından keçdiyindən, nə qədər yüksək keçməsinə baxmayaraq qol hesab edilirdi. 

4. Qırmızı və sarı vərəqə tarixi əslində tamamilə yenidir. 1970-ci illərə qədər hakimlər oyundan futbolçu çıxartdıqları zaman qərarlarını şifahi şəkildə çatdırırdılar. 

5. Müasir futbolun tarixi İngiltərədən başlasa da, futbolun primitiv variantları ilk dəfə 2200 il əvvəl Çində oynanılmışdı. Orta əsrlərdə futbolda rəqibi yumruqlamaq, təpikləmək və dişləmək sərbəst idi.

6. Uruqvay və Braziliya arasındakı Marakana Stadionunda oynanan 1950 Dünya Kuboku Finalı 199 min 854 tamaşaçı ilə hər zaman möhtəşəm bir tribuna rekordunu göstərməyə davam edir. 

7. Qadınlararası Dünya Futbol Kuboku ilk dəfə 1991-ci ildə Çində oynanıldı və ABŞ çempion oldu. 

8. Dünya Kuboku tarixində yarışlara qatılmağı bacaran ən kiçik ölkə 2018-ci ildən İslandiya oldu. 

9. Sportivo Ameliano və Heneral Kaballero arasındakı matçda Paraqvay Liqa komandaları 20 oyunçuya qırmızı vərəqə göstərdilər və bir matçda ən çox qırmızı vərəqə ilə Ginnesin Rekordlar Kitabına daxil edildi. 

10. 1998-ci ildə İngilis hakim Martin Silvester futbolçunu yumruqladığı üçün özünə qırmızı vərəqə göstərdi. 

11.Dünya Kuboku, təxminən 5,9 kiloqram ağırlığında 18 karat qızıldan ibarətdir.

Hazırladı Həsən Türksoy. 


Oxunub: 341
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az