Təhsil festivalı keçirildi.
Qobustan rayonunun Təklə kənd tam orta məktəbində təhsil festivalı keçirildi.Festivalı Qobustan Rayon Təhsil Sektoru təşkil etmişdir . İki hissədən ibarət olan bu tədbirdə rayonun ümumi və tam orta məktəblərinin kollektivləri təmsil olunurdu. Birinci hissədə şagirdlərin ayrı-ayrılıqda əl işləri nümayiş olundu.Şagirdlər tərəfindən hazırlanan əl işləri iştirakçılara xüsusi zövq verirdi. Rayonda fəaliyyət göstərən ümumi orta və tam orta məktəblərinin şagirdlərinin təqdimatında bir-birindən maraqlı əl işləri, musiqi, idman, və s .nömrələr nümayiş olundu və iştirakçılar tərəfindən rəğbətlə qarşılandı.
İkinci hissə Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar idi. Bilirik ki, Məhəmməd Füzuli Azərbaycan ədəbi- bədii fikrinin inkişafında müstəsna yer tutur. Onun əsərləri bu gündə sevilə - sevilə oxunaraq , geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır.Şagirdlər tərəfindən söylənilən qəzəllər , kompazisiyalar eləcə də ifalar bir daha M.Füzuli yaradıcılığını riqqətə gətirdi. Bu hissədə Qobustan şəhər məktəblərinin ,Cəmcəmli ,Nabur ,Cəyirli , Çuxanlı,Təklə, Ərəbşalbaş kənd tam orta məktəbin şagirdlərinin söylədikləri qəzəllər ,kompazisiyalar və ifalar xüsusilə fərqləndi.
Tədbirdə iştirak edən Dağlıq Şirva Regional Təhsil İdarəsinin müavini Həmid Qasımov və Qobustan rayon Təhsil Sektorunun müdiri Tahir Səbzaliyev tədbirin bütün iştirakçılarına və təşkilatçılarına - Mahir Soltanova , Çinarə Abuzərovaya və Yunus Əmrahova öz təşəkkürlərini bidirdilər .
Məhəmməd Bayramov
Oxunub: 392