Zivər bəy Əhmədbəyovun anadan olmasının 151 ili tamam olur.
Zivər bəy Əhmədbəyov 1873-cü il mayın 25-də Şamaxıda anadan olub. O, Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunda təhsil alıb. Bakı Quberniya idarəsində çalışıb. Bakı şəhərinin baş memarı olub. Azərbaycanın ilk ali təhsilli memarı olan Zivər bəyin layihəsi üzrə Bakıda “Təzəpir” məscidi, “Səadət ” məktəbi, “İttifaq” məscidi, Göyçayda Əbülfəzlil Əbbas məscidi, Əmircanda Murtuza Muxtarov məscidinin binaları, yaşayış evləri və digər tikililər inşa edilib. Azərbaycanlı memarın Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınıb. “İslam mədəniyyət abidələrini qoruyan”, Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaradıb. Bakıda metronun “Nizami” stansiyasının qarşısında Zivər bəy Əhmədbəyovun heykəli qoyulub, parka və metronun qarşısından keçən küçəyə adı verilib.
Görkəmli memar 1925-ci ildə vəfat edib.
Oxunub: 190