Bacısı şəhid olması xəbərini eşidən kimi vəfat etdi.






Bacısı şəhid olması xəbərini eşidən kimi vəfat etdi

Xüsusi Təyinatlı Qüvvələrin giziri Vasif Gülhəsən oğlu Mehbalıyev 1994-cü il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. əslən Lerik rayonunun Livədirqə kəndindəndir. 2012-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub. 2016-cı ildə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi yenidən ordu sıralarına qayıdıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Cəbrayıl, Hadrut və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Gizir Vasif Mehbalıyev oktyabrın 16-da Füzuli döyüşləri zamanı şəhid olub və doğulduğu kənddə dəfn edilib. Bacısı Gülər onun şəhid olması xəbərini eşidən kimi vəfat edib. Ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Oxunub: 451
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az