Hambal
Hambal rolunun ifaçısı Əhməd Məmmədqulu oğlu Əhmədov 1902-ci ildə Bakıda, "Həmişəri palanı" deyilən məhəllədə tacir ailəsində dünyaya gəlib. Quranı əzbərdən bilən, gözəl hafizəsi və məlahətli səsi olan Əhməd Məhərrəmlikdə şəbih deyər, qəsidələr oxuyardı. "Humay" poemasının müəllifidir. "Səadət uğrunda", "Seyran", "Qana qan" əsərləri səhnəyə qoyulub. Rumlu təxəllüsü ilə yazdığı qəzəllər İranın məşhur xanəndəsi Mustafa Payanın repertuarının əsasını təşkil edirdi. Şair-qəzəlxanın 5000-dən çox qəzəli mövcuddur. 1982-ci ildə dünyasını dəyişib.
Oxunub: 297