Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması tədbiri keçirilib.








Prezident  İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşlarına vəsiqə və medalların təqdim olunması tədbiri keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sosial müdafiə sahəsində səmərəli fəaliyyəti ilə seçilənlərin Prezident  İlham Əliyev tərəfindən daim yüksək dəyərləndirildiyini vurğulayıb.  Bir qrup Nazirlik əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsinin də bunun daha bir təzahürü olduğunu qeyd edib. Sonra təltif olunmuş Nazirlik əməkdaşlarına vəsiqələr və medallar təqdim edilib. Qeyd edilən Sərəncamla Nazirliyin 12 əməkdaşı  “Tərəqqi” medalı ilə təltif edilib.

Oxunub: 252
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az