Polis onların ailələrini vaxtaşırı ziyarət edir.






Polis əməkdaşları torpaqlarımızın mənfur düşməndən azad olunmasında canından keçən qəhrəman oğullarımızın xatirələrini hər daim əziz tutur, onların ailələrini vaxtaşırı ziyarət edir, qayğıları ilə maraqlanırlar. 
Elə bu tədbirlər sırasında  Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları da ölkəmizdə qeyd edilən Novruz bayramı günlərində şəhidlərimizin məzarlarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.
Həmçinin, şəhər ərazisində yaşayan şəhid ailələri və Vətən müharibəsində yaralanan qazilərlə evlərində görüşüb, bayram münasibətilə onları təbrik ediblər.

Oxunub: 354
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az