Zabit adının məsuliyyəti daha böyükdür.
Zabit adının məsuliyyəti daha böyükdür. Bu peşəni seçən hər bir gənc, ilk növbədə, Vətənini, xalqını, dövlətini sevməlidir. Tarixinə, milli dəyərlərinə, dilinə, adət-ənənələrinə sahib çıxmalı, dünyagörüşünü artırmalı, dövləti və xalqı qarşısındakı xidməti borcunu şərəflə yerinə yetirməlidir. Yaranışından fərdi xarakterə malik olan insanın özünəməxsusluğu ona mənşəyindən asılı olaraq irsi keçir və bu ilahi keyfiyyət bəşərin bütün ömrü boyu davranışını nizamlayır. Məhz təyinatı üzrə öz həyatını quran insan isə xoşbəxt ola bilir. Arzularını gerçəkləşdirərək öz idealına yaxınlaşan hər bir şəxs yaşadığı ömrü məzmun etibarı ilə yaşayır və yaradır. Ən əsası odur ki, insan yaşadığı ömrü Vətənə xidmətdə keçirsin, onu canından çox sevsin, xalqının xoşbəxtliyi üçün əlindən gələni əsirgəməsin. Ziya müəllim barədə bunları demək olar.