Hörmətli İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının istedadlı gəncləri Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə layihəsi olan görkəmli bəstəkarımız Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş "Xalq və bəstəkar" mahnılarından ibarət mahnı müsabiqəsi elan edir.
1)Müsabiqəyə seçim mərhələsi ll turdan ibarət olacaq, qaliblər İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində yekun konsertdə təqdim olunacaq.
2) Müsabiqədə iştirak edən qaliblər l, ll, lll yerin qalibləri Qran-Pri və Diplomlarla təltif olunacaq.
Müsabiqədə iştirak şərtləri:
1.Müsabiqədə yaşı 8-dən 35-dək olan xanəndə, vokal ifaçılar və istedadlı gənclər iştirak edə bilərlər
2.Hər bir müsabiqə iştirakçısı təxminən 5 dəqiqə ərzində ənənəvi musiqi irsimizin zənginliyini, xalq və bəstəkar mahnılarından ibarət mahnı proqramını təqdim etməlidir.
3.Müsabiqədə ifa olunacaq mahnılar mütləq Xalq və Bəstəkar mahnıları olmalıdır.
Müsabiqənın keçiriləcəyi rayonlar:
İsmayıllı, Şamaxı, Ağsu, Qobustan
Müsabiqənin sənəd qəbulu:
Mayın 1-dən 10-dək olacaq
Layihənin əsas məqsədi istedadlı gəncləri üzə çıxarıb onlara dəstək olmaqdır.
İştirak etmək istəyən gənclər qeyd olunan nömrə ilə əlaqə saxladıqdan sonra hər bir rayon üzrə Mədəniyyət Mərkəzlərinə sənədləri təqdim etməlidir.
Əlaqə: 050 411 29 67
Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsi Ismayilli Rayon Mədəniyyət Mərkəzi
Oxunub: 207