Everestə qalxmaq istəyirsinizsə təxminən 30 min dollar ödəməlisiniz.



Everest
Everestə qalxarkən yol boyu həyatını itirmiş alpinistlərin cəsədlərinə rast gələ bilərsiniz, bu cəsədlər daim orada qalır və sizə yolu tapmaqda kömək etmiş olur.
Everest zirvəsinin yüksəkliyi 8848,86 metrdir.
Bu yüksəkliyə oksigen balonu olmadan da qalxmaq olar. Amma böyük risk tələb edən bu işi ancaq ən bacarıqlı alpinistlər edə bilir. 
Yüksək hündürlüklərdə oksigenin azlığı insanların aydın düşünmə qabiliyyətinə mane olur. Ekstremal hava, aşağı temperatur və dik yamaclar isə çox vaxt tez və dəqiq qərarlar qəbul etməyi tələb edir. 
Zirvəyə çatan alpinistlərin 95%-i qablaşdırılmış oksigendən istifadə edir, təxminən 5 %-i isə əlavə oksigen olmadan Everestə qalxır. 
Oksigen dəstəyi olmadan zirvəyə çatmağa çalışanlar üçün ölüm nisbəti 2 dəfə artıqdır. Çünki 2400 m hündürlükdən yuxarı səyahət etmək beyinin hipoksiyasına səbəb olur. Beyinə gedən oksigenin bu şəkildə azalması beyin zədələnməsinə, həmçinin digər simptomlara səbəb ola bilər.
Everestə qalxmaq istəyirsinizsə təxminən 30 min dollar ödəməlisiniz.
Everestə qalxmağa cəhdi edən alpinistlər 8,000 metr yüksəklidən sonra "Ölüm zonası"na daxil olur. Bu zonada oksigen azlığı, güclü küləklər, çox aşağı temperatur və təzyiq ölümlə nəticələnə bilər.
Everest dağının zirvəsi yuxarı troposferə uzanır və stratosferə nüfuz edir. Zirvəyə qalxmaq üçün bədənin hündürlüyə alışmasına tələb olunan zaman da daxil olmaqla 40 gün vaxt tələb olunur.
Everest davam edən tektonik fəaliyyətlər səbəbindən hər il 4 millimetr yüksəlir.
Everest dünyanın ən çox tullantılarla çirklənmiş dağlarından biridir.
Zirvəyə doğru 18 rəsmi marşrut  yolu var.
Everest zirvəsinə qalxarkən yüksək sürətli internetdən faydalana bilərsiniz

Oxunub: 122
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az