Dünya ordularının reytinq sıralaması yayımlanıb.


Azgundem.az xəbər verir ki bu haqda beynəlxalq global fire power təşkilatı məlumat yayıb. İlk dördlük dəyişməsədə sıralamada maraqlı yeniliklər var. Qardaş ölkə Türkiyə 2 pillə irəliləyərək 8-ci, Pakistan 1 pillə geriləyərək 9-cu, Fransa 2 pillə geriləyərək 11-ci, İran 1 pillə irəliləyərək 14-cü, Ukrayna 1 pillə geriləyərək 18-ci Gürcüstan 1 pillə irəliləyərək 84-cü pillədə qərarlaşıb. Ölkəmiz isə 1 pillə geriləyərək 59-cu pillədə qarar tutub ölkəmizi keçən isə Qazaxıstan ordusu olub. Digər Türk dövlətlərindən Özbəkistan 1 pillə geriləyərək 65-ci, Qırğızıstan 1 pillə irəliləyərək 100-cü, Türkmənistan isə 83-cü sırada qərarlaşıb. Mənfur qonşumuz Ermənistan isə sırlamada 2 pillə geriləyərək 102-ci yerdədir. Siyahıya Amerika Birləşmiş Ştatları rəhbərlik edir, ikinci Rusiya üçüncü Çin dördüncü Hindistandır. İlk beşliyi Böyük Britaniyanı geridə qoyan Cənubi Koreya qapayır. 

 

Həsən Türksoy. 

Oxunub: 195
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az