Ceki Çan.




Ceki Çan (əsl adı "Chan Kong Sang  və ya "Jackie Chan Sing Lung", 7 aprel 1954Viktoriya zirvəsi, Britaniya Honkonqu – Çin və Hollivud aktyoru, döyüş ustası, kunq-fu ustası, rejissor, müğənni, döyüş sənətlərinin və dava-dalaş filmlərinin ulduzu.

Ceki Çan kasıb honqkonqlu ailəsində dünyaya göz açmışdır. Hətta onlar o, qədər kasıb idilər ki, öz övladlarının doğumunu yerinə yetirən həkimlərə belə xərclərini ödəyə bilmirdilər. Ancaq sonradan ailə Avstraliyada yerləşən Amerikanın səfirliyində işləmək üçün iş tapdılar və Cekinin erkən uşaqlıq illəri bu materikdə keçdi. Lakin 6 yaşı tamam olduqdan sonra onu geriyə Honkonqa göndərdilər. Həmin illərdə Ceki Çinə gedərək Pekin Opera Akademiyasında təhsil almağa başladı. Burada o, döyüş sənətinə, aktyorluğa, ustalığa, rəqsin müxtəlif incəliklərinə, oxumaq sənətinə və akrobatikaya yiyələnməyi bacardı. Düzdür bunların hamısını tam bilməsə də, əsas odur ki, hər sahədən bir az da olsa məlumat yığmağı bacarmışdı. Bu təhsil ocağında Ceki digər oğlan uşaqları ilə birlikdə oxuyurdu. Həmçinin bu təhsil mərkəzində Ceki dissiplin, durmadan idman qaydalarını öyrənmək kimi müxtəlif yönlərini də inkişaf etdirdi. Demək olar ki, hər bir oğlan uşağı günün yarısından çoxunu idmanla və müxtəlif məşq növləri ilə vaxtlarını keçirirdilər, hətta hər gün saat günorta 5-dən tam gecə düşənə kimi məşq etmək məcburi idi. Əgər kimlərsə öz dərslərindən və verilən tapşırıqlardan geri qalırdısa, bu zaman həmin şəxs sərt şəkildə cəzalandırılır, bəzən isə cismani təzyiqə məruz qalırdı. Bütün bu struktur buradakı gənclərin cəsur, güclü ruha malik olması və durmadan özünü birinci görmək istəyən insanlara çevirirdi. Ceki Çan 1982-ci ildə Tayvanlı aktrisa Lin Feng-Jiao (Joan Lin) ilə evləndi. Eyni il oğlu oldu. Oğlu müğənni və aktyor Ceysi Çandır. 1990-cı ildə "Miss Asiya Gözəlik Yarışması"nın birincisi olan aktrisa Elayn Ng Lei 1999-cu ildə Ceki Çandan hamilə olduğunu açıqladı və cəmiyyət fərziyyələrindən sonra Ceki Çan ilə birgə yaşadığını eşitdirdi. Qısa müddət sonra Elaine Ng-nin 19 noyabr 1999-cu il tarixində Ng Çok Lam adında bir qız uşağı olur. Ceki Çan isə "Yalnız Dünyadakı hər adamın etdiyi bir səhv etdiyini" qəbul edərək cavab verdi. Ancaq Elaayn doğma atası olmadan qızının çarəsinə baxmağa qərar verdiyini açıqladı. Ceki Çan isə həmin qız övladı qəbul etmir 

Oxunub: 148
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az