Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək.






Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı bildirib ki, sabahdan Azərbaycan Xankəndini elektrik enerjisi ilə təmin edəcək.
“Müharibəyə qədər Qarabağda fəaliyyətdə olmuş 36 Su Elektrik Stansiyasından yalnız 6-sı ermənilərin məskunlaşdığı ərazilərdədir. Ona görə də ermənilər elektrik enerjisi çatışmazlığı ilə qarşılaşıblar. Martın 20-də Şuşada rəqəmsal yarımstansiya işə düşəcək və Laçın Su Elektrik Stansiyasında hasil olunan elektrik enerjisi əvvəl Şuşaya, ordan da Xankəndinə ötürüləcək”.
İqtisadçı deyir ki, burada açıq qalan bəzi məqamlar var. Onlardan biri də ermənilərin elektrik enerjisinin pulunu necə ödəyəcəkləri ilə bağlıdır:
“Eyni zamanda, daha 2 problem də var: “Azərişıq”ın işçilərinin Xankəndinə giriş icazəsi yoxdur, bəs necə olacaq? Orada yaşayan ermənilər də bizim manatı tanımırlar. O da maraqlıdır ki, Azərbaycanda elektrik enerjisinin qiyməti bahalaşanda yeni tariflər Xankəndində yaşayan əhali qrupuna da şamil olunacaqmı?”

Oxunub: 276
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az