Martın 12-də gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.




Martın 12-də gənclər və idman naziri Fərid Qayıbov Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadzenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir onlara ölkəmizin gənclər siyasəti sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında gənclər siyasəti sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
Görüşdə nazir müavini İndira Hacıyeva, Gürcüstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Zurab Pataradze və digər məsul şəxslər iştirak ediblər.

Oxunub: 124
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az