Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olmuş layihələrimizi təqdim edirik.
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində ümumi kateqoriya üzrə Göygöl rayon Texniki və Təbiət Təmayüllü liseyin direktoru Zəhra Zeynalova tərəfindən təqdim olunmuş "First Goygol Robotics" layihəsi yekunlaşıb.
Layihənin məqsədi qabaqcıl təhsil təcrübəsindən istifadə etməklə, praktiki təcrübələr vasitəsilə dronlar, 3D dizayn, 3D çap, Microbit, Arduino, Kodlaşdırma, Lego kimi mövzuları STEAM-çılarına öyrətməkdən ibarətdir.
Layihə müdavimləri Göygöl şəhəri və şəhərə yaxın kənd məktəblərində təhsil alan 40 nəfər VII-IX sinif şagirdlərindən seçilib. Hər biri 20 nəfərdən ibarət olmaqla 2 qrupa, həftənin şənbə və bazar günləri 5 bölməni əhatə edən 20 təlim mövzularını layihə təlimçisi Ləman Novruzova həyata keçirib.
Şagirdlər layihə müddətində icra planına uyğun olaraq XXI əsr bacarıqlarına, STEAM metodologiyasına uyğun praktiki biliklərə yiyələnib, STEAM yönümlü yerli və beynəlxalq yarışlara qoşulublar.
Belə ki, SAF 2023 - Beynəlxalq STEAM Azərbaycan Festivalında layihənin müdavimlərindən ibarət 2 komanda iştirak edib. “Galactic Power” komandasının üzvləri şəhid Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva, Aysel Məmmədova Mexatronika kateqoriyası üzrə respublika birincisi olaraq qızıl medal qazanıblar.
İnnovativ sərgi kateqoriyası üzrə isə “Young Engineers” komandasının üzvləri Nərmin Allahverdiyeva, Emin Allahverdiyev, Aysel Sadıqova qalib seçiliblər. Hər iki komanda həmçinin "Atractive team" xüsusi nominasiyası üzrə də mükafatlandırılıblar.
2-3 mart tarixlərində “First Lego League Challange 2024" Azərbaycan turnirində layihə müdavimləri Leyla Abdullayeva, Səmayə Şahverdiyeva, Mehdi Abdullayev iştirak edəcək.
Layihənin növbəti hədəfi Texnofest və Dünya Robot Olimpiadasında iştirakdır.
Oxunub: 122