Parataekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq.

Parataekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq
Fevralın 20-də İranın paytaxtı Tehranda parataekvondo üzrə Dünya Taekvondosunun Prezidentinin kuboku keçiriləcək. Yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq. 
Turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) iştirak edəcək. Parataekvondoçularımızın hamısı K-44 kateqoriyasında mübarizə aparacaq.


Oxunub: 103
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az