Şanlı qələbə.






Azərbaycan xalqının şanlı qələbəsi.     
Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə xalqımızın şanlı qələbəsi həkk olundu.  Azərbaycan xalqı bu tarixi hadisəni yaşamasını Azərbaycanın Ali Baş komandanı İlham Əliyev cənablarına və Azərbaycan  ordusuna borcludu.      
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı olaraq, İlham Əliyev adı xalqın qalib simvoluna və qürur rəmzinə çevrildi. Möhtərəm prezidentimiz Azərbaycan dövlətçilik  və milli-mənəvi dəyərlərinin layiqli təmsilçisi olaraq ərazi bütövlüyümüzü bərpa etdi. Bugünki qələbə onu göstərdi ki,  Azərbaycan xalqının seçdiyi Prezident İlham Əliyev öz missiyasını uğurla yerinə yetirdi və Azərbaycan xalqını bir sərkərdə kimi arxasınca apardı. Xalq İlham Əliyevə çox inandı və bu inam bizi qələbəyə apardı. İlham Əliyevin yürütdüyü genişmiqyaslı və ugurlu siyasət bizi zəfərə çatdırdı. Ordu quruculuğu prosesinin aparılmasında da İlham Əliyev Ali Baş komandan olaraq öz vəzifəsini böyük məharətlə yerinə yetirdi. Bu qalibiyyətə gedən yol  asan başa gəlmədi. Azərbaycan xalqı üçün mübarizə həm beynəlxalq hüququn həm də tarixi ədalətə ədalətin bərpa edilməsi savaşı idi ki,bu savaşdan xalqımız  qalibiyyətlə çıxdı.      Azərbaycan tarixinə nəzər salsaq görərik ki, tarix boyu nankor qonşuların hücumlarına məruz qalmışıq. 200 il ərzində biz çox əraziləri itirdik. Xalqımız bölündü. Tariximizin ən ağır sazişi olan Türkmənçay sazişindən  sonra tarixi torpaqlarımızı mərhələli şəkildə zorla əlimizdən aldılar.  XX əsrin 90-cı illərində  müstəqilliyimizin yenidən bərpa olunması, dövlətçilik ənənələrimizin  yenidən inkşaf etdirilməsinə  imkan yaratdı. Lakin səriştəsiz rəhbərlər dövlətimizi uçuruma aparırdı. Lakin Ulu öndər Heydər Əliyev və sonradan onun davamçısı olan İlham Əliyevin hakimiyyətə gəlməsi dövlətçiliyimizin qorunub saxlanılmasını və davamlı inkişafını təmin etdi. Müzəffər Ali Baş Komandanımız  İlham Əliyevin sayəsində  dünyada qalibiyyət və zəfərlər yazan  ölkə olaraq tanındıq. Hər bir zəfərdə şəhid qanı var.  Hər bir şəhər, kənd  və hər bir qarış torpağımız əsgərlərimizin, şəhidlərimizin qanı  hesabına azad  olunub. Bu döyüşlərdə şücaət və qəhrəmanlıq göstərmiş  şəhidlərimiz,qazilərimiz orden və medallarla təltif olundular. Dövlətimiz şəhid  və qazilərimizi həmişə öz  himayəsində saxlayır. Şəhidlərin şücaəti hər bir azərbaycanlı gənclərinə və yeni nəsillərə örnək olmalıdır. ”Şəhidlər ölməz vətən bölünməz”şüarı altında gənclərimiz silaha əl atdılar. Azərbaycan gəncləri 44 günlük Vətən müharibəsi zamanı olduqca böyük qəhrəmanlıq  göstərdilər. Gənclik cəmiyyətin mühüm  hissəsidir. Ölkə rəhbərinin fəaliyyətində  hər zaman gənclərə qayğı və böyük etimad  göstərilir. Vətən müharibəsində Azərbaycan gənclərinin torpağa bağlılığı yurd sevgisi, gücü-qüvvəsi açıq şəkildə nümayiş olundu. Gənclərimizin  vətənə sevgi ruhunda böyüməsinin şahidi olduq. Tarixdə həmişə  birliyə nail ola bilən xalqlar qələbə qazanırlar. Biz Vətən müharibəsindəki milli birliyimizi,  Ali baş komandan İlham Əliyevin ətrafında birləşib dəmir yumruga çevrilmə qüdrətimizi nümayiş etdirdik və tarixi qələbə qazandıq.    Yaşasın Azərbaycan Xalqı və onun Ali baş komandanı İlham  Əliyev !
Şamaxı şəhər 2 saylı orta məktəbinin tarix müəlliməsi Gülşən Mustafayeva.

Oxunub: 506
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az