Azərbaycan şairi, qəzəlxan, Əməkdar incəsənət xadimi Əliağa Vahidin doğum günüdür
Azərbaycan şairi, qəzəlxan, Əməkdar incəsənət xadimi Əliağa Vahidin doğum günüdür (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 17.02.1895, Bakı – 01.10.1965, Bakı). Olacaq Nə qədər eşqimiz , ey gül , belə pünhan olacaq, Aşikar eyləməyincə ürəyim qan olacaq? Nə qədər gül üzünün həsrətin aşiq çəksin, Nə zaman vəslinə bəs yetməyə imkan olacaq? Bəs haçan rəhm edəcək bülbülü – biçarəyə gül Nə qədər bəs o fəğirin işi əfğan olacaq? Eşqdən başqa nə dərd olsa yenə çarəsi var, Ayrılıq dərdinə, bilməm necə dərman olacaq? Öz xoşumla o qarə zülfə əsir oldum özüm, Bilmədim, xatirim eşqində pərişan olacaq. Sən götürt məscidi zahid , bizə meyxanəni ver, Kim bu işdə görək axırda peşiman olacaq? Hələ Vahid , meyə meyl eyləmə , qoy gəlsin o gül, Yarsız yerdə mey içmək bizə nöqsan olacaq.