"Neftçi" yarandı.






"Neftçi" yarandı
Tarix: 18 mart 1937   
İdman növü: Futbol
"Qara qızıl" sahəsində çalışanlar 18 mart 1937-ci ildə futbol komandası yaratdılar. Ad üzərində çox fikirləşmək lazım gəlmədi. Elə öz adlarını da komandaya verdilər. Amma həmin dövrdə rus dili daha işlək olduğundan komanda əvvəlcə "Neftyannik" adlandırıldı. Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olundu. Emblemdə neft buruğunun fonunda kiril əlifbasının "H" hərfi - "Neftyannik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil etdi. Həmin dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da şöhrətlənməsində neftdən az rol oynamadığından qərara alındı ki, pambığın rəngi də formada əks olunsun. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" ağ-qara rənglərə sadiq qaldı. 
"Neftçi" komandası ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirib.
Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıtdı və bir il sonra respublika çempionu oldu. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəldi. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili oldu.
1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt etdi. Həmin heyətə sonralar tanınmış hakimə çevrilən Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi.
Klubun əldə etdiyi uğurlar gündən-günə artmaqdadır. Təkcə 2019-cu il ərzində idmançılarımız 1256 medal qazanmışlar ki, onlardan da 437-si qızıl, 366-sı gümüş, 453-ü isə bürüncdür.

Oxunub: 440
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az