Yal- taq ( yəni yal üçün adını satan. Yalda itin qabağında olur.)




Yal- taq ( yəni yal üçün adını satan. Yalda itin qabağında olur.)
Yaxşı ailə tərbiyəsinin olmaması da yaltaqlığın geniş yayılmasına imkan yaradır. Yəni, vaxtında ata şilləsi yeməyən adam, insan ola bilməz. Bu danılmaz faktdır. Yox deyənlər isə, gələcəkdə bunu öz dəyərli övladlarından görəcəklər. 
Əxlaq və tərbiyyə ailədən başlayır. Ata və ana buna bilavasitə  cavabdehdilər. Çox vaxt baba və nənə ümüdünə buraxmaq olmaz. Hardasa onlarıda başa düşmək olar....
Bəziləri mədəni rəftarı yaltaqlıq kimi anlayırlar. 
Əxlaqdan  məhrum olan kəslər daha çox yaltaqlığa meyilli olurlar. 
Niyə? Sadə bir cavabı var ki, görməyiblərdə, həmdə onların fikirləri ilə bu yol daha rahatdır. Adları belə batsada, əsas işləri getsin. Cəmiyyətimizdə radikal qınağın olmaması da şərəfsizliyin və yaltaqlığın geniş yayılmasına şahidlik edirik.. 
İndi kimsə, kiməsə yaltaqlanır ki, işinə dəstək olsun. 
Çoxları düşünür ki, işə qəbulda yaltaqlıq əsas amildir. Əslində belə deyil. İşdə sən işlə, iş vermə.
   Alxas Məmmədov.

Oxunub: 192
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az