İsmətsizlik əxlaqına qurşanmış hayk qız - gəlinləri Türk dəliqanlı cavanlarına sırınmağa can atır, könüllər ovsundurur, oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışırlar.



1431-ci ildə Qriqor Makulu adlı bir nəfər İran ermənisi Ağqoyunlu Yaqub Padşahın nümayəndəsi Əmir Rüstəmdən 525 dinara Vağarşabad kəndinin bir hissəsini və bir neçə ətraf kəndlərin ərazilərini satın alır. 1441 - ci ildə dini Kafedra Sisdən Vağarşabada köçürülür. X yüzilə qədər Arman - Türk Xristian Kilsəsi kimi mövcud olan kafedra artıq 1441 - ci ildə hay - erməni xristian kilsəsi kimi geri qayıdır. 1443 - cü ildə həmin Qriqor Makulu Səid Bəydən 8040 dinara Vağarşabad (Üçkilsə) Kəndinin qalan torpaqlarını da satın alır və özü də həmin il dünya haylarının Katolikosu seçilərək 1461 - ci ilə qədər bu vəzifədə çalışır. Həmin vaxtdan Üçkilsə (Eçmiədzin) Katolikoslarının Monastır ətrafındakı Türk torpaqlarını, kəndlərini pulla alıb Monastırın tərkibinə qatması bir ənənəyə çevrilir. Beləliklə, 1431 - ci ilə qədər Cənubi Qafqazda heç bir ciddi dayağı olmayan, bu ərazilərə Yaxın şərqdən ancaq tacir və mövsümi işçilər kimi gəlib - gedən hay - ermənilər həmin il bu torpaqda möhkəmlənmək üçün ilk addımlarını atırlar. Bu, Armanların - Armaniya ərazisində yaşayan Xristian Türklərin İslamlaşmasının, demək olar ki, başa çatdığı, Xristian Məbədlərinin əksəriyyətinin sahibsiz qalıb dağıldığı, bəzi Kilsələrdə isə tək - tək Arman Keşişlərinin tərki - dünyalığa qapıldığı bir dövrə təsadüf edir. Yerli Türk əhali arasında Xristianlığın nisbətən daha uzun müddət yaşadığı Dağlıq Qarabağ və Zəngəzur diyarlarında da Xristianlıq tənəzzül etməkdə idi. Belə bir həlledici tarixi dövrdə Xristian Kafedrasının Cənubi Qafqaza köçürülməsi bir tərəfdən bu Regionda Xristianlığın tamam məhv olmasının qarşısını aldısa, digər tərəfdən minillik tarixə malik Türk - Xristian mədəniyyətinin yadelli haylar tərəfindən mənimsənilməsinin bünövrəsini qoydu. Hələ də Xristianlığını qoruyub saxlamış çox az sayda Arman // Ərmən və Alban Türklərinin (əsasən din xadimlərinin) erməniləşməsi - haylaşması da bu dövrə təsadüf edir. İlk vaxtlar hay - erməni Keşişlərinin Cənubi Qafqaza tək - tək axışıb gəlməsinə loyal münasibət göstərən yerli Xan və Bəylər arasında bu təhlükəni hamıdan öncə hiss edən və həyəcan təbili çalanlardan biri, bəlkə də birincisi Rəvanqulu Xan olmuşdur. Şah İsmayıl tərəfindən İrəvan Qalabəyi və Çuxur - Sakat Bəylərbəyi təyin olunan Rəvanqulu Xan 1519 - cu ildə Şah ismayıla yazdığı məktubunda: 
《Son illər, müşahidələrimə görə, əhalinin bir qismi, yəni Beynənnəhreyndən 
(İkiçayarasından - Ə.Ə.) Van gölü sahillərinə, oradan da beş - beş, on - on Qafa, bizim torpaqlara gələn ermənilər, sazişdəkilər kimi, kəsbkarlıqla, xırda ticarətlə, bənna və dülgərliklə güzəran sürüb farağat oturmaqdansa, tabeliyimdəki torpaqlarda yerdəyişmə vurnuxmalarına başlamış, geniş oturaq həyat iddialarına qapılmışlar. İndi Üçkilsə kəndində əyləşən dünya ermənilərinin katolikosu II Qriqori zünnarına xas olmayan fəaliyyəti ilə və təxribatçılıq əməlləri ilə idarəmizi müşküllərə məruz qoyub. Katolikos erməni dini mərkəzinin vəqf sərmayəsi 
hesabına öz soydaşlarının Türk kəndləri kənarında iki - üç ailə olmaqla oturaq məskunlaşmasını maliyyələşdirir, onlara ufacıq kilsələr tikdirir, beləliklə, bu tayfanın Qafda qədim mövcudiyyəti təsəvvürünü yaradır ki, bunlar istiqbalda nəsillərimizə başağrısı verə biləcək fəsadlar törənməsinə zəmin yarada bilər. İndi zikr olunan ərazidə elə bir kəndimiz, obamız qalmayıb ki, orada üç yad ailə işığı 
yanmasın. İsmətsizlik əxlaqına qurşanmış hayk qız - gəlinləri Türk dəliqanlı cavanlarına sırınmağa can atır, könüllər ovsundurur, oğuzlara ərə getməyə, başqa sözlə, mülkümüzə, malımıza şərik çıxmağa çalışırlar》, 
- deyərək xəbərdarlıq edirdi. 
"Qarışıq nikahların vüsəti məni qorxudur, şahim!" 
– deyən Rəvanqulu Xan "cəmi on beş min gəlməni" mövsümi işçilər kimi qisim - qisim vətənin dişarına çıxarmaq üçün şahdan səlahiyyət istəyirdi.
Göründüyü kimi, məktubda bölgəyə gəlmiş 15 min yadellidən - hay ermənidən və onların İrəvan Çuxurundakı Türk torpaqlarında murdar əməllərindən bəhs olunur. Lakin XIX yüzildə Qərbi Azərbaycan ərazisi Rusiya imperiyası 
tərəfindən işğal olunduqdan sonra 1829 - 1832 - ci illərdə orada aparılan ilk siyahıyaalma gah İsmayıl dövründə ermənilərin torpaqlarımızdakı murdar əməllərinin qarşısının qismən alındığını söyləməyə əsas verir. Belə ki, 1829 - 1832 - ci illər siyahıyaalmasını aparan Rus Məmuru İ.Şopen erməniləri "yerli" (Rus işğalına 
qədər) və "gəlmə" (Rus işğalından sonra) deyə iki qrupa ayırır, "yerli" ermənilərin Asuriyadan köçürülüb gətirilmə olduqlarını yazır və həmin "yerli" ermənilərin dəqiq statistikasını verir: 
İrəvan əyalətində 3.498 ailədə 20.073 nəfər, Naxçıvan əyalətində 530 ailədə 2.690 nəfər, Ordubad dairəsində 400 ailədə 2.388 nəfər. 
Cəmi 4.428 ailədə 25.151 nəfər. Beləliklə, bölgənin ümumi əhalisinin (həmin statistikada əhalinin ümumi sayı 31.201 ailədə 164.450 nəfərdir) cüzi bir hissəsini, həm də gündəlik qara işlərdə çalışan, qismən də ticarətlə məşğul olan hissəsini təşkil edən ermənilərin 
həmin tarixə qədərki dövrdə Qərbi Azərbaycan ərazisində hər hansı Etnik mövqeyindən danışmaq qətiyyən mümkün deyil.
Buna görə də XV - XVI yüzillərə qədər Qərbi Azərbaycan ərazisində mövcud olan maddi mədəniyyət nümunələrinin bu gün dünya ictimaiyyətinə erməni - hay abidələri kimi təqdim olunmasının heç bir elmi əsası yoxdur, hətta adi məntiqdən belə kənardır. İrəvan və Naxçıvan Xanlıqlarının Ruslar tərəfindən işğalından və 1828 - ci il Türkmənçay bağlaşmasından sonra isə vəziyyət kökündən dəyişir. Bu ərazilərdə İran və Türkiyəyə qarşı erməni - Xristian Bufer dövləti yaratmaq məqsədilə Rusiya bu torpaqlara 1828 - 1829 - cu illərdə İrandan, 1830-cu ildə Türkiyədən çoxlu erməni köçürüb gətirir. Həmin köçürmələr sonrakı onilliklərdə daha intensiv şəkil alır. 
Ermənilərin bölgəyə gətirilməsi ilə bərabər yerli Türk - Azərbaycanlı əhali də sıxışdırılıb çıxarılır, çox vaxt da bu, dövlət səviyyəsində həyata keçirilir. Ermənilərin Cənubi Qafqazda yerləşdirilməsini onilliklər üzrə qruplaşdıran 
N.Şavrov 1911-ci ildə nəşr etdirdiyi "Cənubi Qafqazda Rus işinə yeni təhlükə" əsərində öz hesablamalarına belə yekun vurur: 
"XX yüzilin başlanğıcında Cənubi Qafqazda yaşayan 1.300.000 erməninin bir milyondan artığı bu rayonun yerli əhalisi deyildir, onlar buraya bizim (Rusların - Ə.Ə.) tərəfimizdən köçürülmüşlər."
Ermənilərin Cənubi Qafqazda, o cümlədən Qərbi Azərbaycan ərazisindəki tarixi Türk - Xristian abidələrinə sahib çıxması da məhz XIX yüzildə geniş vüsət alır. Bununla kifayətlənməyən ermənilər özlərininkiləşdirə bilmədikləri Türk abidələrini yerlə - yeksan edir, izini itirməyə çalışırlar. Buna görə də bütün orta yüzillər tarixi mənbələrində "Məscid və Minarələr Şəhəri" kimi qeydə alınan İrəvan şəhərində bu gün yalnız bir məscid qalmaqdadır ki, onu da ermənilər dünya ictimaiyyətinə Fars Məscidi kimi təqdim edirlər. Neçə - neçə Rus Generalının başını aşağı endirən, Rusların 25 illik fasiləsiz hücumlarına mətanətlə sinə gərən məşhur İrəvan qalasının bu gün izi - tozu yoxdur. Bütün Avropa səyyahlarını heyrət içində qoyan möhtəşəm Sərdar Sarayı, onun Güzgülü Salonu artıq bir nağıldır.
1832 - ci ildə İ.Şopen İrəvan şəhərində 12 Məscid qeydə almışdı: 
1) Qala məscidi, 
2) Şah Abbas məscidi, 
3) Zal Xan məscidi, 
4) Novruzəli Bəy məscidi, 
5) Sərtib Xan məscidi, 
6) Hüseynəli Xan məscidi, 
7) Hacı İmamverdi məscidi, 
😎 Hacı Cəfər məscidi 
və daha dörd məscidin xarabalıqları. İndi nə o məscidlər var, nə də İrəvan adlı o qədim Türk şəhərində, Qərbi Azərbaycan adlı o qədim Türk diyarında bir nəfər yerli - Türk əhali. 1905, 1918 - 1920, 1948 - 1953, 1988-ci illərdə Qərbi Azərbaycan Türklərinə qarşı həyata keçirilən soyqırımları bu bölgəni bütünlüklə yadelli ermənilərin işğalı altına salmışdır.
Lakin heç bir işğal - işğal altında olan ərazilərin Tarixi - Etnik mənsubiyyətini, o ərazilərdə minillər boyu yaşamış Etnosun izlərini tamamilə silib ata bilməz. Bu kitabda toplanmış maddi mədəniyyət nümunələri də Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazilərinin qədimdən Türk - Oğuz Boylarının Ana - Yurdu olduğunu qəti şəkildə sübut edir. Onu da təəssüflə qeyd edirik ki, biz bu kitabda Qərbi Azərbaycandakı tarixi abidələrimizin ancaq bir qismini oxuculara təqdim edə bildik. Həmin ərazilər işğal altında olduğundan oradakı Azərbaycan - Türk abidələrinin bir çoxunun şəkillərini əldə etmək mümkün olmadı və onlar bu kitabda öz əksini tapmadı. Kitabın gələcək nəşrlərində bu boşluğu mütləq doldurmağa çalışacağıq. Sağlıq olsun.
Əziz Ələkbərli,
Tarixçi Alim.

Oxunub: 170
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az