Ülvi Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması.
17 mart 2021-ci ildə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş Ülvi Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) prezidenti Qabil Mehdiyev, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalıyev, şəhidin əmisi-AİJF İdarə Heyətinin üzvü Elşən Məmmədov, turnirin baş hakimi Fidan Talıbova iştirak ediblər.Tədbirdə Quba Rayon Gənclər və İdman idarəsinin rəisi Mustafa Nöhbalayevdə çıxış edərək Şəhidlərimizin xatirəsinə gələcəkdə də bu kimi tədbirlərin davamlı və silsilə şəklində keçiriləcəyi barədə məlumat vermişdir.