Şamaxı qırğınları milli fəlakət adlandırmaq olar.





Şamaxı qəzasındakı Azərbaycan qırğınlarını görünməmiş miqyası və nəticələrinə görə milli fəlakət adlandırmaq olar. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət idarələri qəzalarda  fəaliyyətə başlayanda  büsbütün dağıdılmış Şamaxı şəhərində bir salamat bina belə tapılmamış, ağır maliyyə çətinliklərinə baxmayaraq hökumət şəhərin bərpası, qaçqınların öz evlərinə, xüsusilə kəndlərinə qayıtması sahəsində  xeyli iş görmüşdür. Bununla belə, şəhərin əvvəlki mövqeyini, xüsusilə dərin tarixi ənənələri olan Şamaxı cəmiyyətinin əvvəlki statusunu bərpa etmək artıq mümkün olmamışdır. 1921-ci ildə Şamaxı şəhərinin əhalisinin 1700 nəfərdən ibarət olması buna sübutdur.
 
Şamaxı faciələrini Azərbaycanın digər bölgələrindəki  qırğınlardan fərqləndirən daha bir cəhət qəzanın molokan-rus əhalisinin bu hadisələrdə ermənilər tərəfində fəal iştirakıdır. Ayrıca mövzu olan bu məsələ Azərbaycan Hökuməti Fövqəladə Təhqiqat Komissiyasının Şamaxıya dair tədqiqatlarında xüsusi diqqət mərkəzində olsa da, ona dəqiq cavab tapılmamışdır. Şamaxı qırğınlarına dair   Komissiyanın  sənədləri  ümumilikdə, 22 cild istintaq materialı və 63 foto-şəkil təşkil etmişdir. Bu sənədlər 1918-ci il Şamaxı faciəsinin tam mənzərəsini yaratmaqla onun miqyasını, nəticələri və səbəblərini araşdırmağa imkan verir.
 
 
                                                                                                            Solmaz Rüstəmova-Tohidi
 

tarix elmləri doktoru, professor.

Azərbaycan Milli Elmlər Akademiyası

akademik Z.M.Bünyadov adına Şərqşünaslıq

 İnstitutunun baş elmi işçisi.i işçi

Oxunub: 297
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az