Şirinyan dedi ki, bir az gözləyin, adamlar gəlirlər. Ondan sonra atəş açmağa başladıq.
DTX tərəfindən saxlanılan Xocalı qatili Madat Balayanın ifadəsi:"Şirinyan dedi ki, bir az gözləyin, adamlar gəlirlər. Ondan sonra atəş açmağa başladıq. Səhəri gün saat 10-da əmr verdilər ki, dayanın, biz də dayandıq. Daha sonra tapşırıq verildi ki, öldürdüyümüz azərbaycanlıların meyitlərini toplayaq. Üç URAL gəldi, 150 meyiti həmin maşınlara yüklədik. 6 yaralı var idi, onları da maşına yerləşdirib Xocalıya gətirdik. Ölənlərin arasında uşaq, qadın və qızlar var idi, öldürülənlərin burun və qulaqlarını kəsdilər, üzərlərində olan üzük, sırğaların hamısını çıxardılar. Xocalı qırğınından sonra öldürülümüş insanların evlərini talan etdilər və orada yaşayanlara məxsus mal-qaranı yığıb Xankəndiyə gətirdik".
Oxunub: 196