Müddətli əmək müqaviləsi ilə müəllim çalışmaq istəyənlərin nəzərinə.
Dağlıq Şirvan Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan yerlərə müddətli əmək müqaviləsi ilə çalışmaq istəyən müəllimlər üçün növbəti tur elan edir.
Çalışmaq istəyən müəllimlər 24-27 oktyabr 2023-cü il tarixlərində Dağlıq Şirvan Regional Təhsil İdarəsinə (Şamaxı şəhər, Şəhriyar küçəsi 21) yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimində müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirilməsində iştirak etmiş, hər hansı vakant yerə təyin edilməyən və ya həmin rayonlar üzrə ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlər iştirak edə bilərlər.
Həmçinin 1 vakant yerə 2 və ya daha artıq seçim olduqda müvafiq fənn üzrə ixtisas balı və eyni zamanda ixtisas üzrə əmək stajı nəzərə alınacaqdır.
Əlavə olaraq nəzərinizə çatdırırıq ki, qeyd olunmuş vakant yerlər ilk olaraq 2023/2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinə elan edilmiş, lakin müvafiq turlarda tutulmayan boş qalmış yerlərdir.
Oxunub: 204