Türkiyə Prezidenti R.T.Ərdoğan Türkiyənin elektik avtomobillərinin ən böyük istehsal mərkəzinə çevriləcəyini bildirib: “Gələcəyin avtomobil sənayesində elektikli və internetli ticarət vasitələrinin ən böyük istehsal mərkəzi Türkiyə olacaq. İnvestisiyaların türk mühəndislərinə elektrik avtomobilləri və batareya məsələsində ciddi imkanlar qazandıracağıan inanıram”.
“Yaxın gələcəkdə ağıllı avtonom nəqliyyat vasitəsi texnologiyalarından da həyatımızda istifadə eləməyə başlayacağıq. Bu dəyişiklik dövrü on illərlə öz yerli avtomobilini hazırlamağı arzulayan ölkəmiz üçün bir çox fürsətlər və təhdidlər yaradır. Ənənəvi motorlu nəqliyyat texnologiyaların hegemon olduğu dövrdə yeni bir marka ilə sektora daxil olmaq çox çətin idi, indi isə şərtlər artıq bərabərləşib. Bu vəziyyət mövcud avtomobil istehsalçılarını da gələcəyin texnologiyalarına uyğun yeni investisiyalar qoymağa məcbur edir. “Ford Otosan Kocaeli”nə qoyulan investisiya məhz bu yeniliyin ən gözəl örnəklərindən birini təşkil edir. Biz də bir tərəfdən bu investisiyaları təşviq edir, digər tərəfdən də yeni markamızı inkişaf etdirərək ölkəmizdə rəqabət investisiyası yaratmaq istəyirik. Türkiyənin qarşısındakı tarixi fürsət pəncərəsini əldən verməmək məqsədi ilə başladığımız Türkiyənin avtomobili layihəsi sürətlə davam edir. İlk seriyalı istehsal avtomobillərini 2022-ci ildə görməyi arzu edirik. Elektrikli, internetli və avtonom ticarət nəqliyyatı istehsalında qarşımızdakı 10 ildə Avropada lider, dünyada isə ilk beşlikdə olmağı hədəfə almışıq”.
Oxunub: 283