Azərbaycanlı rəssam Ramal Kazımov Xocalı soyqırımının ideoloqlarından biri Zori Balayanı ittiham edən əsər yaradıb.
Azərbaycanlı rəssam Ramal Kazımov Xocalı soyqırımının ideoloqlarından biri Zori Balayanı ittiham edən əsər yaradıb. "Qafqazinfo" xəbər verir ki, rəssam əsərində Zori Balayanı dinc insanların, uşaqların qatili kimi təqdim edir.Gənc rəssam Ramal Kazımov “Birləşən Körpülər”, “Almaniya Azərbaycan rəssamlarının gözü ilə”, “Ön Söz” və digər sərgilərdə iştirak edib.Xatırladaq ki, Zori Balayan Xocalıdakı qətliama görə Azərbaycan Respublikası Prokurorluğunun açdığı cinayət işi üzrə barəsində axtarış elan edilib. Hətta tutulub, təhvil verilməsi üçün Zori Balayanın adı İnterpola da təqdim edilib. P.S- Azərbaycanlıların soyqırımı zamanı mülki(sivil) azərbaycanlı şəxsin evinə daxil olub içəridə müdafiəsiz qalan və günahsız,azyaşlı oğlan və qız uşaqlarının dərisini soyaraq cəsədlərini tikə-tikə doğrayan,13 yaşlı uşağın neçə dəqiqəyə can verməsini hesablayan və bu şərəfsizliyindən 1996-cı ildə nəşr etdirdiyi "Ruhumuzun canlanması" adlı əsərində bəh-bəhlə,sinəsinə döyərək,yaxşı bir şey etmiş kimi bəhs edən Zori Balayanlar hər biri bir gün həm ilahi ədalət qarşısında,həm də tarix qarşısında cavab verəcəklər!