Ukrayna "Neptun" komplekslərinin üç divizionunun yaradılmasını planlaşdırılır.







    Gəmi əleyhinə yeni  "Neptun" raketləri çox unikal silahlardır ki, bu da Rusiyanı heyrətləndirir" deyə Ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov "Qlavred" nəşri ilə söhbətində bildirib.
Daha əvvəl Ukrayna Müdafiə Nazirliyindən bildiriblər ki, Hərbi Dəniz Qüvvələri mobil raket kompleksinin təcrübəli nümunələrini əldə ediblər. Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapanın bildirdiyinə görə, Ukrayna "Neptun" komplekslərinin üç divizionunun yaradılmasını planlaşdırılır, onlar ölkənin cənub bölgələrində yerləşdiriləcək.
Azgundem.az bu barədə UK News-a  istinadən xəbər verir.
"Bu gün bu raketin anoloqu yoxdur.Dünyada bu kompleksi vura bilən alternativ də, yoxdur. Odur ki, bu kompleks Ukrayna Ordusunun silahlanmasında, sözün əsl mənasında, inqilab yaradıb. Raket 3-300 metr hündürlükdə suyun üzərində uçur, yəni heç kim görmür, demək olar ki, səssizdir. Testlər göstərdi ki, onun atəş dəqiqliyi  olduqca yüksəkdir" deyə Jdanov bildirib.
Ehtiyatda olan polkovnikin sözlərinə görə, "Neptun" raketlərinin Ukrayna HDQ-nin silahlanmasna daxil olması Rusiyanı narahat edir.

Oxunub: 243
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az