Məsud Babayev Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlərİ qəbul etdi.







Şamaxı RTŞ-nin müdiri Məsud Babayev Respublika fənn olimpiadalarının final mərhələsinə vəsiqə qazanan şagirdlər, onların müəllimləri və təhsil aldıqları məktəblərin direktorları ilə görüşüb. Görüşdə çıxış edən RTŞ müdiri qalib şagirdləri və onların müəllimlərini təbrik edərək, onlara final mərhələsində uğurlar arzulayıb. Həmçinin direktorlara və fənn müəllimlərinə həmin şagirdlərin final mərhələsinə hazırlaşmalarına ciddi nəzarət etmələrini və onlar üçün istənilən  şəraitin yaradılmasını bildirmişdir. Sonda şagirdlər çıxış edərək final mərhələsinə daha ciddi hazırlaşacaqlarını və həmin mərhələdə qalib gələcəklərini bildirmişlər.

Oxunub: 505
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az