Qarabağdan könüllü gedən ermənilərin sayı şişirdilir.

Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Qarabağdan gedən ermənilərin yeni sayını açıqlayıb.

Axar.az xəbər verir ki, o, Qarabağdan artıq “65.036 erməni sakinin” getdiyini iddia edib.

Qeyd edək ki, Ermənistan ilk gündən Qarabağdan gedənlərin rəqəmlərini şişirtməyə başlayıb. Yada salaq ki, 2020-ci il 10 noyabr bəyanatından sonra rus sülhməramlılar Qarabağa 52,7 min sakinin qaytarıldığını rəsmən elan etmişdilər. Ancaq bunun ardınca ermənilərin Xankəndidə qeydiyyata düşdükdən sonra geri – Ermənistana qayıtdığı və burada yaşamağa davam etdiyi barədə məlumat yayıldı. Səbəb isə o idi ki, Ermənistan Qarabağa qayıdan ermənilərə Ermənistanda qalmağı seçənlərdən tam iki dəfə artıq aylıq kompensasiya ödəyirdi.

Qarabağda yaşayanların sayının şişirdilməsində bu gün özünü buraxdığını elan edən separatçı-terrorçu xunta da aktiv rol oynayırdı. Belə ki, Qarabağda nə qədər çox əhali olduğu göstərilirdisə, Ermənistanın dövlət büdcəsindən ayırmalar da çoxalırdı və onminlərlə “ölü can” separatçı-terrorçuların ciblərinə axırdı.

Buna baxçayaraq, hələ 2021-ci ildə separatçı-terrorçuların ovaxtkı rəhbəri Araik Arutyunyan Qarabağda 25 minə qədər erməni əhali olduğunu “təəssüflə” bildirmiş, ermənilərin hazırkı sosial şəraitə etiraz olaraq, getdiklərini bildirmişdi.

Yada salaq ki, hələ 2020-ci il 27 sentyabra – Vətən müharibəsinin başlanmasına qədər Qarabağda ümumilikdə 65 minə qədər əhali yaşayırdı ki, bunların da bir hissəsi Laçın, Kəlbəcər rayonlarına, o cümlədən Şuşa şəhərinə qanunsuz olaraq xarici ölkələrdən gətirilərək, yerləşdirilənlər idi. Vətən müharibəsindən sonra isə onlar Ermənistana və vətəndaşı olduqları ölkələrə - əsasən, Rusiyaya qayıtmışdılar.

Bu baxımdan hazırda 65 mindən çox erməni sakinin Azərbaycanı tərk etdiyini iddia etmək mümkün deyil və bu, yalnız bir halda mümkün ola bilər: qanunsuz silahlı birləşmələr və erməni ordusunun hərbi birləşmələri. Belə görünür ki, erməni ordusunun 2020-ci ildə mühasirədən xilas edilən 25 minlik hissəsi, o cümlədən digər qüvvələr hələ də Azərbaycan ərazisində imiş.


Oxunub: 193
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az